Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Məlumata əsasən, hazırda Pentaqonda raket əleyhinə müdafiə üzrə təhlükəsizlik strategiyasının hazırlanmasına dair işlər gedir.
Sənədin mart ayının sonlarında ictimaiyyət üçün açıqlanacağı nəzərdə tutulub.
Strategiyanın köhnə versiyasında əsas diqqət İran və KXDR raketlərinə ayrılırdısa, yeni sənəddə diqqətlər Rusiya və Çin istehsalı olan raketlərə yönəldiləcək.
Ağalar Qəribov
Ordu.az