Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun illərdir təyyarələrə və döyüş gəmilərinə fokuslanan Pentaqon artıq sözügedən silahlara diqqət ayırmağa başlayıb.
Müdafiə naziri Ceyms Metttis yaxın döyüşdə piyada əsgərlərə və dəniz piyadalarına əlavə üstünlük qazandıracaq daha ölümcül kiçik çaplı silahların hazırlanması üçün tapşırıq komandası formalaşdırılmasına göstəriş verib.
600 metrdən yaxın məsafədə baş tutan döyüşləri əhatə edən yaxın qarşıdurma ABŞ əsgərlərində ən çox itkiyə səbəb oan döyüşlərdir. Pentaqonun fikrincə ABŞ-ın düşmənləri bu sahədə xeyli nailiyyətlər əldə edib.
Pentaqonun personal rəhbəri Robert Vilki İsrailin 2006-cı ildə Hizbullahı aviaqüvvələrlə məhv etməyi planlaşdırsa da, bir andaca özünü yaxın döyüşdə tapmasını xatırladıb.
“O vaxtı adi təlim keçmiş qüvvələr İsrail tankları və piyadalarını ölüm zonasına itələdilər. Bu bizim üçün dib nöqtəsidir. Belə bir şeyin baş verməsinə imkan verə bilmərik”, - deyə Vilki bildirib.
Ağalar Ağalarlı
Ordu.az