Ordu.az Korabel.ru saytına istinadən xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələri qərargahı məlumat yayıb.
Məlumata görə, “Spring Storm 18” adlanan təlimlərdə 1700-dən çox hərbçi iştirak edəcək.
Təlimlərdə 14 gəmi və 4 uçuş aparatı iştirak edəcək.
Rumıniya təlimlərdə “Regele Ferdinand” freqatı, “Viceadmiral Eugeniu Rosca” korveti, “Pescarusul” raket daşıyıcısı, “Opanez” zirehli tankeri, “Grigore Antipa” sualtı üzgüçülər üçün gəmisi, “Alexandru Catuneanu” hidroqrafik gəmisi, dəniz piyadaları rotası, hərbi sualtı üzgüçlər bölüyü, həmçinin sahil xidmətinin patrul gəmisi ilə təmsil olunacaq.
Təlimlər mart ayının 5-dən 15-dək baş tutacaq.
Ağalar Qəribov
Ordu.az