Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Tereza Mey bu məsələ ilə bağlı dünən ilk dəfə etiraf edib.
Baş nazir Təhlükəsizlik Xidmətinin işinin komissiya tərəfindən gözdən keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, həmin bu komissiya İstintaq Qüvvələri Komissarı adlanır və bəzən təhlükəsizlik xidməti agentlərinin cinayətdə iştirakı görməzdən gəlinir.
Açıqlama MI5 tərəfindən məşğulluğu təmin edilən agentlərin cinayətdə potensial iştirakına dair çox nadir etiraflardan biridir.
İnsan hüquqları qrupu “Reprieve” Birləşmiş Krallıq səlahiyyətlilərinin belə fəaliyyətlərdə iştirakını hökumətin ilk dəfə etiraf etdiyini bildirib.
Xatırladaq ki, MI5-in direktoru general Andrü Parker ötən il çıxışlardan birində agentlərinə təşəkkür etmək istədiyini onların ekstremistlərə qarşı uğurlu iş ortaya qoyduğunu və il ərzində onlarla terror hücumunun qarşısını aldığını bildirib.
Lakin insan hüquqları üzrə təşkilatlar məsələ ilə bağlı etirazlar edib. “Reprieve”nin direktoru Maya Foa səlahiyyət verilmiş cinayətkarlığın dövlətin ən geniş istifadə edə biləcəyi müdaxilə gücü olduğunu və bunun yolverilməzliyini dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az