“Lockheed Martin” F-35 proqramının icraçı vitse-prezidenti və baş meneceri Cef Babionini “Skunk Works” təkmilləşdirmə proqramının rəhbəri təyin edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Babioni bu vəzifədə 34 ildir ki, “Lockheed”də çalışan və bu ayın 19-da təqaüdə çıxacaq Rob Veyisi əvəzləyəcək.
Qeyd edək ki, Babioninin boş qalan postunu isə Qreq Ulmer tutacaq. Ulmer hazırda F-35 təyyarələrinin istehsal biznes bölməsinin rəhbəri vəzifəsində çalışır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Lockheed-Martin
F-35