ABŞ-ın raketdən müdafiə sistemləri hipersəs təhdidlərinə hazır deyil

2018/03/56456_1519982548.jpg
Oxunub: 2770     18:20     02 Mart 2018    
Rusiya prezidenti Putinin heç bir qərb müdafiə sisteminin ələ keçirə bilmədiyi yeni nəsil raket istehsal edilməsinə dair səsləndirdiyi fikirlər Amerikanın onsuz da mükəmməl olmayan raketdən müdafiə şəbəkəsini yenidən gündəmə gətirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin çıxışı zamanı toxunduğu məqamlardan biri də səsdən bir neçə dəfə sürətli uça bilən hipersəs silahların təkmilləşdirilməsi məsələsi olub.

Bəzi ekspertlər belə bir silahın əməliyyat qabiliyyətliliyini şübhə altına alarkən, digərləri potensial təhdidin böyüməsi haqda həyəcan təbili çalırlar.

Rusiya və Çin tərəfindən hazırlanan hipersəs silahları hazırkı raketdən müdafiə sistemlərini üstələyə bilər. Onlar uçuş zamanı istiqamətlərini dəyişə bilir və adi raketlər kimi əvvəlcədən proqnozlaşdırıla bilən aypara formalı cığır izləmirlər. Bu da onların qarşısının alınmasını çox çətin edir.

Raketdən Müdafiə Agentliyinin əməliyyatlar direktoru Qari Pennet bildirib ki, Amerika rəqiblərinin bu tipli hipersəs silahlarını yerləşdirməsi ABŞ-ın sensor və raketdən müdafiə qabiliyyətində böyük boşluğu meydana gətirə bilər.

“ABŞ-a və onun müttəfiqlərinə qarşı əsas çətinlik ballistik raketdən müdafiə sistemlərini məğlub edə biləcək yeni təhdidlərdir”, - deyə Pennet əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hipersəs-silahlar   ABŞ  


Bizi "telegram"da izləyin