Çin Latın Amerikasındakı hərbi və siyasi təsirini artırır – BEYİN MƏRKƏZİ

2018/03/20170730_zaa_t49_00145645_1519982348.jpg
Oxunub: 4090     18:17     02 Mart 2018    
Vaşinqtonda yerləşən beyin mərkəzi Azad Cəmiyyətin Təhlükəsizliyi Mərkəzi kommunist Çinin Latın Amerikasında hərbi və siyasi təsirini genişləndirməyə çalışdığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Əjdaha və Latın Amerika quzğunu: Çinin Amerikadakı İqtisadi Təsirinin Arxası” başlıqlı yazıda Çinin yeni dünyadakı hərbi və siyasi gücünü artırmağa çalışdığını qeyd olunub.

“Aydındır ki, Çinin strateji hədəf və maraqları iqtisadi məqsədlərdən o tərəfə keçir. Bu, ABŞ və həmin yarımkürədəki digər dövlətlərin milli təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır. Çinin bölgədəki kəşfiyyat aktivliyi artır və bölgənin heç bir ölkəsi Pekinin imkanlarına qarşı dura biləcək səviyyədə deyil”, - deyə yazıda bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Latın-Amerikası  


Bizi "telegram"da izləyin