İŞİD 2017-ci ildə ümumilikdə 4600 hücum həyata keçirib – HESABAT

2018/03/45_1519982179.jpg
Oxunub: 2679     18:32     02 Mart 2018    
İŞİD ən çox ərazi itirdiyi il olan 2017-ci ildə bütün dünyadakı fəaliyyəti çərçivəsində ümumilikdə 4600 hücum həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun kəşfiyyat bölüyünün hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, İŞİD Suriya və İraqda məğlub edildikdən sonra strategiyasını və hücum üslubunu dəyişdirib.

“Təzyiqlə üzləşən kimi, terrorçu qruplar tez-tez öz əməliyyat üslublarını yenidən tənzimləyirlər. 2016-17-ci illər ərzində İŞİD rəhbərləri öz təşkilatlarını bu yeni reallıqlara uyğunlaşdırdılar. Məsələn təşkilatın qollarına regional işlərlə bağlı daha böyük sərbəstlik verildi”, - deyə hesabatda bildirilib.

Hesabatda xüsusi olaraq vurğulanır ki, beynəlxalq cəmiyyətin İŞİD-in məğlub edilməsinə yönəlik cəhdləri intensivləşsə də, qrupun ideoloji gücü möhkəm olaraq qalmaqdadır. Onlar hələ də digərlərini öz yanlarına çəkməyə və yeni hücumları ilhamlandırmağa qadirdirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   NATO  


Bizi "telegram"da izləyin