Ordu.az “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) direktoru Stiven Uolker bildirib.
“Mən Putinin bəyanatını təsdiqləyə və ya təkzib edə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Birləşmiş Ştatlar özünün hipersəs silahlarının inkişaf etdirilməsinə kifayyət qədər vəsait ayırmır”, - deyə Uolker vurğulayıb.
“Açığı büdcədə göstərilən dollarlar çox böyükdür, lakin onlar əsasən daha çox uçuş sınağına və hücum qabiliyyətlərinin bir qədər də gücləndirilməsinə yönəlib. Bizim hipersəs silahlar hazırlamaq üçün daha çox maliyyəyə ehtiyacımız var”, - deyə DARPA-nın direktoru əlavə edib.
O, Çinin hipersəs silahlarını dövlət prioriteti halına gətirdiyini, ABŞ-ın da bu addımı izləməli olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az