Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Üçüncü Dünya Müharibəsi növbəti yüzillikdə başlaya bilər.
Kolorado Universitetindən riyaziyyatçı Aaron Klauzetə görə, İkinci Dünya Müharibəsinin bitməsindən sonra irimiqyaslı münaqişələrin miqyası əhəmiyyətli dərəcədə azalıb.
“1945-ci ildən sonra yalnız 5 irimiqyaslı münaqişə olub, onların periodu isə 12,8 il təşkil edib. Riyazi hesablamalar göstərir ki, III Dünya Müharibəsi II Dünya Müharibəsinin bitməsindən 205 il sonra başlayacaq”, - deyə Klauzet bildirib.
Almaniyadan olan başqa bir qrup alimlərin fikrincə isə müharibə Avropada başlayacaq və onun başlaması üçün bir əsr gözləməyə ehtiyac yoxdur.
Ağalar Qəribov
Ordu.az