Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yeni proqram DARPA tərəfindən irəli sürülüb və hazırda onunla məhz DARPA əməkdaşları məşğuldur.
Proqram çərçivəsində müxtəlif növ balıqlar, dəniz heyvanları, mollyusklar, həmçinin xərçəngəbənzər heyvanlar canlı ötürücülər qismində istifadə ediləcəklər. Onlardan suda yerləşən müxtəlif növ aparatların aşkarlanmasında yararlanacaqlar.
Lakin məşhur okeanoqraf və mühəndis Lori Adornatonun sözlərinə görə, balıqlarda mövcud olan sensor şəbəkəsi ilə yalnız aviadaşıyıcılar barədə məlumat əldə etmək mümkündür, onlar kiçik ölçülü qurğu və aparatları aşkarlamaq iqtidarında deyillər.
Ağalar Qəribov
Ordu.az