ABŞ SQ generalı: “Rusiyanın hipersəs silahına qarşı orbital radar lazımdır”

2018/03/4635634785]_1519975310.png
Oxunub: 4027     15:27     02 Mart 2018    
“ABŞ Rusiyanın yeni hipersəs silahına qarşı orbital radarın yaradılması üçün bir neçə milyard dollar ayırmalıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələr Strateji komandanlığının (Stratcom) rəisi Con Hayten bəyan edib.

“Yeni orbital radar bizə yeni raketi onun trayektoriyasının orta hissəsində izləməyə imkan verəcək. Bu isə o deməkdir ki, biz döyüş başlığının ayrılmasını görə biləcəyik. Belə radar hipersəs raketlərin buraxılışını izləməyə də imkan yaradacaq”, - deyə Hayten bildirib.

Haytenin sözlərinə görə, o, ABŞ kosmik təhlükəsizlik qurumlarında daha öncə belə təşəbbüsün niyə maliyyələşdirildiyini anlaya bilmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin