Pentaqon: Ər-Riyada dəstəyin taleyinə konqres qərar verəcək

2018/03/456456_1519974941.jpg
Oxunub: 2661     15:14     02 Mart 2018    
ABŞ Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanının Yəməndəki müharibəsinə dəstək verilib-verilməməsinə konqresin qərar verəcəyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Vayt bildirib.

“Biz konqresin qərarına tabe olacayıq. Lakin düşünürük ki, hazırkı qaydalar çərçivəsində bizim missiyanı davam etdirməyə səlahiyyətimiz olduğunu düşünürəm”, - deyə o əlavə edib.

Xatırladaq ki, dünən ABŞ konqresinin nümayəndələrinin bu dəstəyin dayandırılmasına dair parlamentə qanun layihəsi irəli sürdüyünü xəbər vermişdik.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Ərəbistan   Yəmən  


Bizi "telegram"da izləyin