ABŞ Nigerdə niyə dron bazası tikir?

2018/03/69_1519930002.jpg
Oxunub: 2481     02:52     02 Mart 2018    
2017-ci il oktyabrın 4-də Nigerin Tonqo-Tonqo kəndinə gedən karvanda 9 əsgər həlak oldu. Onlardan dördü amerikalı idi. Faciə Amerika və Niger əhalisini şoka saldı – çünki çox adamın ABŞ əsgərlərinin orda olmasından xəbəri belə yox idi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha sonra aydın oldu ki, ABŞ Xüsusi Təyinatlıları 2013-cü ildən etibarən buradadırlar. Onların əsas vəzifəsi isə Niger əsgərlərini yetişdirməkdir, lakin onlar həm də əməliyyatda iştirak edir, ölkənin sərhədlərində mövqe tutur və Boko Haram, “əl-Qaidə” kimi qruplara qarşı döyüşürlər.

Fransa, Almaniya və İtaliya əsgərləri də Nigerdə yerləşdirilib və onlar Niger vasitəsilə Liviya və ordan da Avropaya keçən yüz minlərlə miqrantın qurbanı olduğu insan alverinə qarşı mübarizə aparırlar.

Vaşinqton və Niameydə siyasi skandala səbəb olmasına baxmayaraq, görünür ki, ABŞ əsgərləri burada qalmağı planlaşdırırlar. Hətta bu ilin sonlarında Aqadez şəhərində 110 milyon dollarlıq dron bazası açmaq da planlaşdırılır.

“Dronlar Liviya ilə sərhəd ərazidəki narkotik qaçaqmalçılarını və Nigeriya sərhədindəki silahlı qrupları izləyəcək”, - deyə yeni baza haqda iddiaları araşdıran tədqiqatçı Coe Penni bildirib.

Lakin Nigerdə etirazlar var – xarici əsgərlərin nə etdiyi və ya uzunmüddətli strategiyası haqda çox az məlumat var.

“Sizin ölkədə bir çox qərbli əsgərlər fəaliyyət göstərir, amma eyni zamanda Boko Haram da öz hücumlarına yenə də davam edir. “Əl-Qaidə hücumları da eyni qaydada. Təhlükəsizlikdə xüsusi nəzərə çarpan yüksəliş yoxdur. Eləysə, nigerlilər düşünür: Onlar niyə burdadırlar?”, - deyə Penni əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niger   Hərbi-baza  


Bizi "telegram"da izləyin