“Uzun Qılınc”: Şok videoda Çinin ölümcül qanadlı raket sınağı göstərilir - VİDEO

2018/03/66_1519927664.jpg
Oxunub: 3767     02:04     02 Mart 2018    
Çin prezidenti Si Tsinpinqin istənilən müharibəni qazanmağa hazır olmaq tələbindən sonra Çin Xalq Azadlıq Ordusu böyük sürətlə öz imkanlarını artırmağa davam edir.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu mənada sonuncu aaddımlardan biri DF-10 nüvə imkanlı qanadlı raketin sınaqdan keçirilməsi olub.

Çin mətbuatında sınağının videosu yayılan raketin Cənubi Koreya və Yaponiyadakı ABŞ bazalarına çatmağa qadir olduğu bildirilir.

Qeyd edək DF-10 “Uzun Qılınc” raketləri 930 mil mənzilə sahibdir və 500 kiloqram nüvə başlığı daşıya bilir.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Uzun-Qılınc  


Bizi "telegram"da izləyin