Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, səhra şəraitində baş tutan sınaqda raket iki tankı hədəf alıb və bir daha öz imkanlarını sübut edib. Nazirlik sınaq barəsində əlavə şərh bildirməsə də, sınaq zamanı raketin hər iki tankı sıradan çıxardığı bildirilir.
Qeyd edək ki, 4 kilometr mənzilə sahib raketin sınaqlarının 2018-ci ilin sonlarına yaxın tamamlanacağı ehtimal edilir.
Ağalar Ağalarlı
Ordu.az