Rusiya İndoneziya ilə Su-35-lərə dair müqavilə imzalayıb

2018/03/63_1519924557.jpg
Oxunub: 2406     01:27     02 Mart 2018    
“Rusiya və İndoneziya arasında Su-35 qırıcılarının təchizatı üzrə müqavilə imzalanıb”.

Ordu.az Rg.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib.

Kojin müqavilənin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, daha öncə Cakartanın Rusiya ilə 10 ədəd Su-35 qırıcısı üzrə müqavilə imzalamağa hazırlaşdığı bildirilirdi. Yeni qırıcılar İndoneziya ordusunda 1980-ci ildən istifadə olunan F-5 “Tiger” təyyarələrini əvəzləyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İndoneziya   Su-35  


Bizi "telegram"da izləyin