İŞİD üzərində qələbənin elan edilməsindən iki ay keçməmiş İraq parlamenti hökumətə xarici qoşunların ölkədən çıxmasının təşkil edilməsi üçün təqvim planı hazırlamağı tapşırıb.
Ordu.az “İraqi news” agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı parlamentdə səsverməyə qoyulan layihə qəbul olunub.
Xatırladaq ki, fevralın əvvəlində İraq hökumətinin müşaviri Səid əl-Cəyyaşi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkə daxilində fəaliyyətini azaldacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İraq
ABŞ-koalisiyası