Putin: "ABŞ-ın raket sistemləri quruculuğu strateji balansı pozur"

2018/03/87123132_1519912816.jpg
Oxunub: 1471     21:59     01 Mart 2018    
ABŞ-ın qlobal raket sistemləri quruculuğu “New START” müqaviləsini (Strateji silahların azaldılması müqaviləsi) qüvvədən salır və strateji balansı pozur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.

“Qlobal raket sistemi quruculuğuna dair planlar hazırda tətbiq edilməkdədir. Bununla da “New START” müqaviləsində nəzərdə tutulan bütün razılıqlar yavaş-yavaş tapdanır. Buna görə də, bir tərəfdən döyüş başlığı daşıyıcıları azaldığı halda digər tərəfdən raket əleyhinə sursatların sayı kütləvi şəkildə artırılır”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, Vaşinqton raketdən müdafiə üzrə əməkdaşlıqla bağlı Rusiyanın bütün təşəbbüslərini rədd edib.

“Biz narahatlıqları aradan qaldırmaq və qarşılıqlı inamı möhkəmləndirmək məqsədilə bu sahə üzrə birlikdə tədbirlər görməyi təklif etdik. Bir nöqtədə artıq kompromisə gəldiyimizi düşündük. Lakin yox. Bütün təşəbbüslərimiz, sözün əsl mənasında bütün təşəbbüslərimiz geri çevrildi”, - deyə Putin əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Raket  


Bizi "telegram"da izləyin