“ABŞ RƏM-ləri yeni Rusiya supersilahı qarşısında acizdir” - Putin

2018/03/866_1519911279.jpg
Oxunub: 3423     21:29     01 Mart 2018    
“Birləşmiş Ştatların raket əlaeyhinə müdafiə sistemləri Rusiyanın yeni raket sistemləri qarşısında acizdir”.

Ordu.az Mk.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O, bu barədə yeni hipersəs silahının silahlanmaya qəbulu və nüvə mühərrikli yeni raketlərin sınaqları barədə danışarkən bildirib.

“NATO infrastrukturlarının bizim sərhədlərimizə yaxınlaşması hərbi baxımdan effektivliyini itirir, maliyyə baxımından bu, əsaslandırılmamış xərclərdir – nəticədə bu addımın heç bir mənası yoxdur”, - deyə Rusiya prezidenti vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rusiya-silahlanması   ABŞ   NATO  


Bizi "telegram"da izləyin