Xəzər flotiliyasında gəmi qrupunun təlimi keçirilib

2018/03/867_1519909290.jpg
Oxunub: 3268     21:01     01 Mart 2018    
Rusiya Silahlı Qüvvələri Cənubi Hərbi Dairəsi Xəzər dənizi flotiliyasında kəşfiyyat-zərbə birləşmələrinin iştirakı ilə gəmi qruplarının təlimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təlimlərdə şərti rəqibin yeri barədə kəşfiyyatçılardan məlumatın əldə olunmasından sonra gəmi əleyhinə raket uğurla tətbiq edilib.

Təlimlərdə Xəzər dənizi flotiliyasının gəmiləri, sahil hərbi hissələri, o cümlədən “Dağıstan” və “Tatarıstan” raket gəmiləri iştirak edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xəzər-dənizi-flotiliyası  


Bizi "telegram"da izləyin