Rusiyada müdafiə xərclərinin artırılması planlaşdırılmır

2018/03/861_1519907248.jpg
Oxunub: 3822     20:19     01 Mart 2018    
“Silahlanmaya yeni sistemlərin qəbulu ilə əlaqədar olaraq müdafiə xərclərinin artırılması planlaşdırılmır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov bəyan edib.

“Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin silahlanma üzrə dövlət proqramını təsdiq etdi. Bu, öncəki illərdə ayrılan resurslar nəticəsində reallaşıb”, - deyə Siluanov bildirib.

O qeyd edib ki, Rusiya ordusunun yeni silahlarla təchizatı, o cümlədən ordunun yenidən qurulması müdafiə üzrə yeni xərclərin ayrılması ilə nəticələnməyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rusiya-ordusu   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin