Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qrupa rəhbərlik edən Berni Sanders, Mayk Li və Kris Mörfi qanun layihəsinin irəli sürülməsinin hər iki partiyanın ABŞ-ın Yəmən müharibəsinə qarışmasına qarşı olduğunu göstərdiyini bildirib.
“Bu layihə çox spesifikdir. Dəqiq olaraq səlahiyyətlər bölgüsünə xitab edir və ABŞ-ın müharibəyə qarışmasına heç nəylə haqq qazandırıla bilməyəcəyini ortaya qoyur”, - deyə Sanders əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az