Pakistan Ordusu dünyada 13-cü sıradadır

2018/03/5_1512131016_1519900708.jpg
Oxunub: 6078     18:35     01 Mart 2018    
Pakistan Silahlı Qüvvələri dünyanın ən güclü 25 ordusu arasında 13-cü pillədə yer alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Business Insider” saytı məlumat yayıb.

201 995 540 nəfər əhalisi olan Pakistanın hərbi personalının ümumi sayı 919 mindir. Ordunun təyyarə, qırıcı və dəniz mülkləri müvafiq olaraq 951, 301, 197-yə bərabərdir. Bundan başqa Pakistan 2924 tanka və 7 milyard dollar müdafiə büdcəsinə sahibdir.

Bütün bu göstəricilərlə Pakistan ordusu siyahının 13-cü pilləsində yer alıb. Siyahıda Pakistanla yanaşı ABŞ, Rusiya, Çin, Hindistan və Fransa, Yaponiya, Türkiyə, Cənubi Koreya, İndoneziya, İsrail, İran, Avstraliya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Əlcəzair də yer alıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan-Ordusu   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin