Konqres: “ABŞ gözümüzün qabağında kosmosda üstünlüyünü itirir”

2018/03/airforce_01_Inventing_Interact76_1519894960.jpg
Oxunub: 2644     18:08     01 Mart 2018    
“Çin və Rusiya Birləşmiş Ştatlara kosmosda meydan oxumağa davam etdiyi bir vaxtda ABŞ HHQ düşməndən daha çox konqreslə mübarizə aparmağa daha çox maraqlıymış kimi görünür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Konqresin Silahlı Xidmətlər komitəsinin strateji qüvvələr alt komitəsinin rəhbəri Mayk Rocers səsləndirib.

O, ABŞ HHQ rəhbərlərinin kosmosdakı təhdidləri ciddiyə almaqdansa, islahatlara qarşı mübarizə aparmağa davam etdiyinə diqqət çəkib. Rocers, 2018-ci il Milli Müdafiə Səlahiyyətləndirmə Qanununa əsasən HHQ nəzdində ayrı-ayrı kosmos korpuslarının formalaşdırılmalı olduğunu xatırladıb və HHQ-ni bu qanunun tələbini necə icra edəcəyinə dair heç bir plan açıqlamadığına görə tənqid edib.

“Çin və Rusiya demək olar ki, kosmosda bizlə eyni səviyyəyə gəldikləri halda HHQ-nin modernizasiyanı necə sürətləndirəcəyinə dair heç bir fikri yoxdur. Müharibələri udmaq üçün kosmos imkanlarında üstün olmaq çox əhəmiyyətlidir və gözümüzün qabağında bu üstünlüyümüzü itiririk”, - deyə Rocers əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqres   Kosmos  


Bizi "telegram"da izləyin