Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Cənubi Koreya prezidentinin xarici siyasət üzrə müşaviri Mun Çunq-in səsləndirib.
O, Qış Olimpiya oyunlarının iki ölkə arasında bütün kommunikasiya xətlərini yenidən açdığını, iki ölkənin vahid bayraq altında mübarizə aparmasının böyük uğur olduğunu xatırladıb.
O, ölkəsinin KXDR-in provakasiyalarına verdiyi cavabların Donald Trampınkından kəskin fərqləndiyini vurğulayıb.
“Əgər biz hansısa təşviş göstərsək, onda Şimali Koreyanın taktiki addımlarının əsiri ola bilərik. Buna görə də, biz Cənublular KXDR-in təhdidlərinə qarşı sakitliyimizi qorumalıyıq. İroniyalı tərəfi isə budur ki, Amerika KXDR-dən çox uzaq olsa da, o bizdən daha narahatdır”, - deyə müşavir bildirib.
Ağalar Ağalarlı
Ordu.az