Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistan HDQ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Şamşer” gəmisi dəniz təhlükəsizlik əməliyyatları həyata keçirərkən İran gəmisindən dəstək çağırışı qəbul edilib. 17 nəfərlik ekipajı olan İran gəmisinin heyətindəki bir nəfər hər iki ayağında yanıq xəsarətləri alıb. Cəld şəkildə çağırışa cavab verən “Şamşer” gəminin köməyinə gedərək xəsarət alan dənizçiyə təcili tibbi yardım göstərib.
Ağalar Ağalarlı
Ordu.az