Tramp-Kaliforniya qarşıdurması müharibəyə çevrilir

2018/03/AP_17131041196553_c0-332-4436-2918_s885x5168768_1519890653.jpg
Oxunub: 3591     15:49     01 Mart 2018    
Tramp administrasiyasının Kaliforniya ilə yavaş-yavaş qızışmaqda olan çəkişməsi immiqrasiya məsələsi üzərindəki müharibəyə çevrilir.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, bu məsələ Oklan merinin sonuncu çıxışından sonra daha da qızışıb.

Okland meri Libbi Şaf şəhərdəki qanunsuz immiqrantlara ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (İGM) böyük əməliyyat həyata keçirdiyi ilə bağlı xəbərdarlıq edib.

İGM-nin direktor müavini Tomas Homan isə bu onun cinayətkarlara dəstək verdiyini və bu xəbərdarlıqdan sonra ən azı 800 nəfərin polisdən qaça bildiyini bildirib.

Tramp-Kaliforniya çəkişməsinin martın ortalarında prezidentin San Dieqoya səfəri zamanı daha da şiddətlənəcəyi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tram   Kaliforniya  


Bizi "telegram"da izləyin