Rusiya MN Rəqqa üçün beynəlxalq komissiya yaradılmasını təklif edir

2018/03/567567_1519889653.jpg
Oxunub: 3307     15:32     01 Mart 2018    
Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriyanın Rəqqa şəhərindəki humanitar vəziyyəti dəyərləndirmək məqsədilə beynəlxalq komissiyanın formalaşdırılmasını təklif edib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, Şoyqu bu məsələ ilə bağlı BMT-nin Suriyadakı nümayəndəsi Staffan de Misturaya məktub göndərib.

Diplomatik kanallar vasitəsilə ötürülən sənəddə əl-Tənf və Rukbandan humanitar dəhlizin açılması və Rəqqadakı humanitar vəziyyətin dəyərləndirilməsi üçün beynəlxalq komissiyanın yaradılması təklif edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rəqqa  


Bizi "telegram"da izləyin