Sinqapur hökuməti kibertəhlükəsizliyi gücləndirməyə çalışır

2018/02/cyber-security-resiliency_1519830336.jpg
Oxunub: 4101     00:39     01 Mart 2018    
Yüzlərlə xaker Sinqapur Müdafiə Nazirliyini hədəf alıb – lakin hücum hökumətin istəyinə əsasən həyata keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sinqapur hökuməti kibertəhlükəsizliyi gücləndirmək məqsədilə Müdafiə Nazirliyinə kiber hücum təşkil edib.

Məlumata görə, hücum zamanı “Ağ papaqlı” adlı xaker qrupu şəbəkəyə daxil olaraq boşluqları aşkar etməyə çalışıb. Əməliyyatda 264 nəfər iştirak edib. Sinqapur hökuməti ən yaxşı nəticə əldə edənə 14,750 dollar mükafat təqdim edib.

Qeyd edək ki, əməliyyatda iştirak edənlərin 34 nəfəri şəbəkədə ümumilikdə 97 boşluq aşkarlayaraq nazirliyə təqdim ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinqapur   Kiber-təhlükəsizlik  


Bizi "telegram"da izləyin