İran “Azaraxş” silahını nümayiş etdirib

2018/02/4567_1519816060.jpg
Oxunub: 3125     19:07     28 Fevral 2018    
İran İnqilab Keşikçiləri yeni yerli istehsal olan anti-zireh “Azaraxş” raketini nümayiş etdirib.

Ordu.az xairici KİV-lərə istinadən xəbər verir ki, təqdimat mərasimi üç aviasiya mərkəzinin açılış mərasimində həyata keçirilib.

Məlumata görə, tədbirdə İnqilab Keçikçiləri Korpusunun komandiri general-mayor Məhəmməd Əli Cəfəri və silahlı qüvvələrin digər komandirləri iştirak edib.

“Azaraxş” anti-zireh raketi iki vintli “Kobra” hücum helikopterlərinə quraşdırıla bilər. Raketin ağırlığı 70 kq, genişliyi 127 mm, uzunluğu 3096 mm, sürəti 550 m/san və atış məsafəsi isə 10 kilometrdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin