Ordu.az “Əl-Məsdər” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri Cozef Votel bildirib.
“Biz Suriyadakı missiyamızın son məqsədi təkcə İŞİD-in işğal etdiyi ərazilərin təmizlənməsi deyil, həm də siyasi dayanıqlılıq və qətiyyəti formalaşdırmaq üçün zəruri olan stabilliyi bərpa etməkdir”, - deyə Votel vurğulayıb.
Onun sözlərinə görə, bu səbəbdən dolayı münaqişənin siyasi həllinə nail olana və terrorçu qrupların bir daha bu ərazilərdə ortaya çıxmayacağına əmin olana qədər ABŞ əsgərləri ölkədəki fəaliyyətini davam etdirəcək.
Ağalar Ağalarlı
Ordu.az