“MD Helicopters” ötən il imzaladığı kontraktın icrasına başlayır

2018/02/456456_1519803805.jpg
Oxunub: 2419     15:41     28 Fevral 2018    
ABŞ Müdafiə Nazirliyi və “MD Helicopters” arasında ötən il imzalanan 5 illik kontrakta əsasən şirkət ABŞ ordusu və Partnyor Dövlət Ordu Aviasiya Qüvvələrinə 150 ədəd silahlı MD 530 helikopterinin çatdırılması və digər dəstək xidməti həyata keçirilməlidir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstan Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 30 ədəd MD 530F helikopterinin ilk beşi bu ilin may ayında təhvil veriləcək.

Qeyd edək ki, son illərdə hərbi kontraktlarının sayını artıran kompaniya gəlirlərini də yüksəltməyi bacarıb. Şirkət bu ilki dövriyyəsinin ötən ilə nisbətən 65-70% çox olacağını ehtimal edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MD-Helicopters  


Bizi "telegram"da izləyin