Rusiyanın Tupolev-95MSM-ləri Suriyadakı kampaniyaya qoşulub

2018/02/1152858456456_1519800911.jpg
Oxunub: 3513     14:53     28 Fevral 2018    
Rusiyanın təkmilləşdirilmiş strateji bombardmançısı “Tupolev-95MSM” Suriya hərbi kampaniyasına qoşularaq terrorçuların mövqelərinə hücumda iştirak edib.

Ordu.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu təyyarələr əməliyyat zamanı terrorçu qrupların sığınacaqlarına X-101 qanadlı raketlərlə zərbələr endirib.

Qeyd edək ki, Rusiya Aviakosmos Qüvvələri “Tupolev-95MSM” təyyarələrini ilk dəfə 2015-ci ildə istifadəyə verib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tupolev-95MSM   X-101  


Bizi "telegram"da izləyin