WP: Pentaqonun büdcəsi silah istehsalçılarının rifahına xidmət edir

2018/02/478464_1519797524.jpg
Oxunub: 4377     13:54     28 Fevral 2018    
ABŞ hökumətinin büdcəsindən ən çox pul qazanan şirkət “Lockheed Martin”dir. O, 2017-ci ildə ABŞ hökumətindən 35,2 milyard dollar gəlir əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Yazıda göstərilir ki, şirkət ötən il ümumilikdə 51 milyard dollar satış həyata keçirib ki, bunun da 35,2 milyardı ABŞ hökumətinə edilib.

Bundan başqa dünya güclərinin yeni silah yarışına girməkdə olduğu bir vaxtda ən çox hökumət sifarişi qəbul edən şirkətlər arasında digər silah kompaniyaları da var. Bunlara “Raytheon”, “Northrop Grumman”, “Boeing”, “General Dynamics” və s. aiddir.

Üstəlik Tramp administrasiyasının 2019-cu maliyyə ili üçün hazırladığı büdcə layihəsindən onların qazancları daha çox olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Lockheed-Martin    


Bizi "telegram"da izləyin