Lakin bu qəribə ideya Soyuq Müharibə zamanı ABŞ Sovet Rusiyası ilə nüvə münaqişəsinə hazırlaşarkən gerçək oldu. O, Qrenlandiya buzlarının altında mobil raket atıcılar basdırdı.
Ordu.az-ın məlumatına görə, kod adı “Buz qurdu” (“Iceworm”) olan layihə 1959-cu ildə qarın altında binaların tikilməsi ilə başladıldı. Əsas əhəmiyyəti 4000 kilometrlik tuneldə idi. Bu tunellə Sovet kəşfiyyat peyklərinin aşkarlaya bilmədiyi formada buzların altından nüvə raketləri hərəkət etdirilə biləcəkdi.
“Buz qurdu” o qədər gizli idi ki, ABŞ Danimarka hökumətinə bunun qütb araşdırmaları üçün hazırlandığını bildirdi. Bazanın adı isə “Əsrin Düşərgəsi” (Camp Century) qoyuldu.
Lakin 1968-ci ildə proqnozlaşdırılmayan şəraitdən dolayı buzun altındakı layihədən imtina edildi.
O zaman 4 kilometr tunel, 200 nəfərlik hospital, kilsə və teatr artıq hazır vəziyyətə gətirilmişdi.
Hətta ABŞ ordusunun mühəndisləri buzun altında enerji sistemi də quraşdırmışdılar. ABŞ ordusunun komandirləri bazanın və ordakı təhlükəli nüvə və kimyəvi materialların 30-65 metr dərinlikdə Qrenlandiya buzlaqlarının altında əsrlərlə qalacağına əmin idilər.
Lakin iqlim dəyişikliyi cəsusların və cəsus peyklərinin uğursuz olduğu işi bacardı və Soyuq Müharibənin bu məxfi kampını və onun içindəki zəhərli maddələri üzə çıxardı.
Ağalar Ağalarlı
Ordu.az