Ordu.az "National Interest"ə istinadən bildirir ki, ABŞ-ın ən məşğul müharibə-döyüş komandanlığı olan Mərkəzi Komandanlığın Dəniz Qüvvələrinin komandiri general-leytenant Uilyam Beydler qeyd edib ki, Amerika xalqı və rəhbərləri hazırda ABŞ HDQ Xüsusi Təyinatlı Qüvvələri, Yaşıl Beretlilər, Reyncerlər kimi xüsusi təyinatlı qüvvələrə böyük hörmət və heyranlıq bəsləyir. Komandir bunun digər qüvvələrə olan marağı azaltdığını bildirib.
Yaxın illərdə yaxşı yetişdirilmiş adi qüvvələrin həyata keçirə biləcəyi missiyalar xüsusi təyinatlılara verilib. Çünki bu qüvvələr ən yaxşılar kimi qəbul edilir və həmin missiyaların onlara tapşırılması daha yaxşı səslənir. Lakin digər tərəfdən xüsusi təyinatlılar tərəfindən daha yaxşı həyata keçirilə bilən missiyalar isə daha az bacarıqlı qüvvələrə verilib. Çünki xüsusi təyinatlıların başı terrorçuları ovlamağa qarışıb.
Bir səbəbdən dolayı Amerikanın çoxsaylı qüvvə növləri var. Zaman və təcrübə göstərib ki, fərqli-fərqli tapşırıq üçün düzgün alətlərdən istifadə etmək lazımdır.
12 nəfərlik Xüsusi Təyinatlı qüvvə olan A-Komandası (Yaşıl Beretlilər) düşmən tank formasiyasını tək başına dayandıra bilməz. Bunun üçün ən yaxşı silah tank qüvvələrindən biri ola bilər. Ekstrim situasiyalarda hava gücü ilə dəstəklənəcəyi halda onu xüsusi əməliyyat qüvvələri ilə edə bilərik.
Müdafiə Nazirliyi öz qüvvələrini yenidən dəyərləndirməli və ən yaxşı bölmə qabiliyyətlərinin - ən məşhurları deyil – üzləşdiyi təhdidlərlə bağlı ölçü götürməlidir.
Amerika tam alət qutusu konsepsiyasına geri dönməlidir. Hər məsələ üçün doğru aləti istifadə et. İndi bunu etmək üçün mükəmməl zamandır.
Stiven Bucci, ABŞ Xüsusi Təyinatlı Qüvvələrində 30 ildən artıq müddət zabit kimi xidmət göstərib. Hazırda İrs Fondunun araşdırmaçısıdır.
Ağalar Ağalarlı
Ordu.az