J-20-lər XAO-nun imkanlarını gücləndirir – Ekspert

2018/02/416465165165_1519627217.jpg
Oxunub: 1912     14:40     26 Fevral 2018    
Çin Xalq Azadlıq Ordusunun ən sonuncu gizli qırıcıları J-20-lərin istifadəyə verilməsi Hərbi Hava Qüvvələrinin təhdidlərlə üzləşmə və ilkin cavab vermə imkanlarını artırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə XAO HHQ Komandanlıq Akademiyasının professoru Vanq Minqzi bildirib.

“J-20-lər artıq vəziyyəti dəyişib. Əvvəl XAO düşmənin gizli qırıcılarına qarşı adi qırıcılarla mübarizə aparmalı idi, lakin indi bu belə deyil. O, HHQ-nin həm hücum, həm də müdafiə imkanlarını ciddi ölçüdə artırıb”, - deyə professor vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: J-20   Çin   XAO-HHQ  


Bizi "telegram"da izləyin