Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun ayrı-ayrı komponentlərə ayrılan döyüş idarəetmə yanaşmasından dolayı olduğu bildirilir. Bu yanaşma PUA-lar və yeddi E-3 Hava Xəbərdarlıq və Nəzarət Sistemi təyyarələrinin yaxın müddətdə inkişafı ilə bağlıdır.
“30 il əvvəl inqilabi vasitələr olan bəzi şeylərin yeni versiyalarının alınması gələcək üçün bizi daha rəqabətə davamlı etmir. Buna görə də, prezident və mən yön dəyişdirməyi, hətta Baş Qərargahla, Pentaqonu da bunun zəruri olduğuna inandırmağa qərara aldıq. Biz münaqişəli ərazi üçün uyğun olmayan sistemlər üçün maliyyə ayırmayacayıq”, - deyə ABŞ HHQ-nin rəhbəri Hezer Uilson bildirib.
O, HHQ-nin JSTARS-a alternativ üçün yeni plan da hazırladığını əlavə edib. Plana əsasən HHQ “Northrop Grumman”ın radar sistemlərini alacaq.
“Bu radar modulyar radar növüdür. O, modulları götürmək və onları birləşdirmək üzrə hazırlanıb. Buna görə də, bu radarların istifadəsinin daha uyğun ola biləcəyini düşünürəm”, - deyə o əlavə edib.
Həmçinin bu il istifadə müddətini başa vuran 7 ədəd “AWACS” sistemlərinin əvəzində yeni, qabaqcıl kommunikasiya sensorları hazırlanacaq. Bunun üçün gələn ilin büdcə planında HHQ-yə 120,6 milyon dollar ayrılması nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az