ABŞ “Predaot”ları arsenaldan kənarlaşdırır

2018/02/received_2479604795599007_1519234362.jpeg
Oxunub: 3263     01:32     22 Fevral 2018    
ABŞ Hərbi Hava Qüvvələri komandanlığı 2005-ci ildən bəri ordunun silahlanmasında olan MQ-1 “Predator” PUA-larını arsenaldan çıxarmaq barədə qərar qəbul edib.

Ordu.az “N+1”ə istinadən xəbər verir ki, bu barədə “Defense News” nəşri məlumat yayıb.

“Predator”ların ABŞ ordusunda sonuncu uçuşu 8 mart 2018-ci ilə təsadüf edəcək. Bundan sonra ABŞ hərbçiləri zərbələrin endirilməsində yalnız MQ-9 “Reaper” PUA-larından istifadə edəcəklər.

Bununla belə, “Predator”lar Yaxın Şərqdə bəzi şəxsi hərbi şirkətlərin sifarişi üzrə cari ilin dekabr ayınadək istifadə olunacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Predator   ABŞ   PUA  


Bizi "telegram"da izləyin