Hindistan Hind okeanına 8 döyüş gəmisi yerləşdirib

2018/02/777_1519192810.jpeg
Oxunub: 1415     13:55     21 Fevral 2018    
Hindistan Hərbi Dəniz Qüvvələri regiondakı Çin gəmilərinə nəzarət etmək məqsədilə Hind okeanına 8 döyüş gəmisi yerləşdirib.

Ordu.az xarici KİV-lərə istinaən xəbər verir ki, gəmilər Hind okeanı regionun giriş nöqtələrinə yerləşdirilib.

Mənbələrin məlumatına görə, bunun səbəbi Çinin öz sularında və onların ətraf bölgələrində fəaliyyətini artırmasıdır.

“İstənilən vaxt bizim Hind okeanı regionuna giriş nöqtələrinə nəzarət edən 8 döyüş gəmimiz var.Həmçinin, ərazidə təlim gəmilərinə də sahibik”, - deyə hökumətə yaxın mənbələr qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Hind-okeanı   Çin  


Bizi "telegram"da izləyin