Lavrov Sloveniyada Balkanlar, Ukrayna və KXDR-i müzakirə edəcək

2018/02/774_1519191236.jpg
Oxunub: 1654     13:28     21 Fevral 2018    
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Sloveniyaya işgüzar səfər edərək əvvəlcə ölkənin prezidenti Borut Paxor, sonra isə Sloveniyalı hmları Karl Eryavetslə görüşəcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xaric İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşlərdə ikitərəfli və beynəlxalq əhəmiyyətə malik bir çox mövzuların müzakirəsi həyata keçiriləcək.

“Görüş çərçivəsində Rusiya-Sloveniya əlaqələrinin mövcud vəziyyəti və prespektivləri həyata keçiriləcək, siyasi, ticarət, iqtisadiyyat və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsindən bəhs ediləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Lavrovun sloveniyalı həmkarı ilə baş tutacaq görüşündə tərəflər Balkanlar, Ukrayna və KXDR-də mövcud vəziyyəti müzakirə edəcək, bu bölgələrdə mövcud problemlərin həlli barədə fikir mübadiləsi aparacaqlar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sergey-Lavrov   Sloveniya   KXDR   Ukrayna  


Bizi "telegram"da izləyin