Donbasda gərginlik davam edir: 1 ölü, 4 yaralı

2018/02/46346_1519111995.jpg
Oxunub: 2745     15:33     20 Fevral 2018    
Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələrinin mövqeləri separatçı qüvvələr tərəfindən atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə ATO Qərargahının mətbuat xidməti öz “Facebook” səhifəsində məlumat yerləşdirib.

Məlumata görə, Ukrayna ordusunun mövqeləri 12 dəfə atəşə tutulub. Nəticədə bir Ukrayna hərbçisi həlak olub. Daha bir nəfər yaralanıb, bir nəfər isə döyüş zədəsi alıb. Daha iki nəfər isə naməlum partlayıcı qurğunun partlaması nəticəsində yaralanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ölüm  


Bizi "telegram"da izləyin