Yaponiyada ABŞ qırıcısı yanıb

2018/02/23265374800_d24e61df9e_k345345_1519105322.jpg
Oxunub: 2829     13:40     20 Fevral 2018    
Yaponiyada xidmətdə olan ABŞ-ın F-16 qırıcısı havada yanıb.

Ordu.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qırıcı Aomori prefekturasında yerləşən Misava aerdromundan havaya qalxıb. Bundan sonra havada ikən təyyarənin mühərriki yanıb, lakin pilot iki yanacaq çənini Ohavara gölünə ataraq bazaya qayıtmağa müvəffəq olub.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Yaponiya müdafiə naziri İtsunori Onodera Amerika tərəfindən bu məsələ ilə bağlı açıqlama alacağına söz verib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   F-16  


Bizi "telegram"da izləyin