Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən taktiki sıra məşğələlərinə qondarma rejimin qanunsuz hərbi birləşmələrinin "rəhbəri" general-leytenant Lyova Mnatsakanyan rəhbərlik edib.
Təlimlərə qanunsuz hərbi birləşmələrin qərargahı və birliklərinin idarə heyəti cəlb olunub. Təlimlərə Ermənistan ordusunun baş qərargah rəisinin 1-ci müavini general-mayor Onik Qasparyanda nəzarət edib.
Döyüş hazırlığı tədbirlərindən başqa, plan üzrə qərargah məşqləri də keçirilib.
Alpər Mövludoğlu
Ordu.az