Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni məntəqə Türkiyə-Suriya sərhədindən 70 kilometr məsafədədir. Onun 10 kilometrliyində isə Bəşər Əsədə sadiq silahlı qüvvələr və İranın dəstəklədiyi qruplar fəaliyyət göstərir.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran arasında qəbul edilən razılığa əsasən TSQ ötən ilin 12 oktyabrından etibarən İdlibin münaqişəsiz bölgəsində atəşkəsə nəzarəti təmin etmək məqsədilə müşahidə məntəqələri qurmağa başlayıb.
Ağalar Ağalarlı
Ordu.az