Dövlət Duması: Moskva “İsgəndər”lərə dair planlarını NATO ilə bölüşməli deyil

2018/02/103456345_1518682221.jpg
Oxunub: 497     16:08     15 Fevral 2018    
“Rusiya “İsgəndər” zenit raket komplekslərinin Kalininqrad vilayətində yerləşdirilməsi planlarını NATO ilə bölüşməli deyil”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması Müdafiə Komitəsinin rəhbəri, Rusiya Hərbi Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov bəyan edib.

“Niyə belə olsun? Kalininqrad vilayəti bizim qanuni ərazimizdir. Nə istəyiriksə, onu da edirik. Onlar isə qorxuya düşən kimi amerikalıları və bizə xoş olmayan digər şəxsləri çağırırlar”, - deyə Şamanov bildirib.

Xatırladaq ki, daha öncə NATO baş katibi Yens Stoltenberq Rusiyanı Kalininqrad vilayətində “İsgəndər” ZRK-larını yerləşdirməklə bağlı məsələdə bir qədər ehtiyatlı olmağa səsləyib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   İsgəndər   NATO  

Dövlət Duması: Moskva “İsgəndər”lərə dair planlarını NATO ilə bölüşməli deyil

2018/02/103456345_1518682221.jpg
Oxunub: 498     16:08     15 Fevral 2018    