Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev İnzibati Büdcə İdarəsinin rəhbəri Mik Malveyni bəyan edib.
“Prezident aydın şəkildə anlayı ki, defisitlə çox ciddi problemlərimiz var. Lakin o həm də anlayır ki, yaşadığımız dünya müdafiə xərclərinə çox yüksək məbləğlər ayırmağı tələb edir, bu çox vacib nüansdır”, - deyə Malveyni bildirib.
O qeyd edib ki, hazırda respublikaçılarla ABŞ prezidenti Donald Tramp arasında fikir ayrılığı mövcuddur, lakin artıq kompromissə gəlinir.
Ağalar Qəribov
Ordu.az