Hərbi güc: Rusiyanın hərbi gücü ABŞ-la müqayisədə necə görünür? - FOTOLAR

2018/02/28_13668089490.jpg
Oxunub: 16921     10:40     15 Fevral 2018    

1. Aviadaşıyıcı – ABŞ: Sabiq ABŞ prezidentinin şərəfinə adlandırılmış “USS Gerald R.Ford” rəsmi olaraq Donald Tramp tərəfindən istifadəyə verilən ilk aviadaşıyıcıdır. Layihələndirilməsi və tikilməsi 17,5 milyard dollar təşkil edən daşıyıcının ilk dəfə 2020-ci ildə tapşırıq alacağı gözlənilir.

2. Aviadaşıyıcı – Rusiya: “Admiral Kuznetsov” – SSRİ-nin sonuncu ilində istifadəyə verilən və əfsanəvi Sovet dəniz komissarının şərəfinə adlandırılan daşıyıcı 2015-ci ildə əhatəli yenidənqurulmaya getdi və Suriya kampaniyasında Rusiya qüvvələrinə dəstək verdi.

3. Tanklar – ABŞ: M1 “Abrams”- ABŞ ordusunda hazırda aktiv olan 2400 M1 “Abrams” var. 1981-ci ildən etibarən Ohayodakı eyni fabrikdə istehsal edilən tank 4 nəfərlik ekipaj və 62 tonluq ağırlıq daşıya bilir.

4. Tanklar – Rusiya: T-14 “Armata” – istehsal zəifliyindən dolayı sadəcə 100 aktiv T-14 olsa da, maşın çox ciddi zərbə gücünə malikdir. Onun gövdəsinin ön hissəsində zirehli kapsulda 3 nəfərlik ekipaj üçün yer və bir ədəd pilotsuz qülləsi var.

5. Snayper tüfəngi – ABŞ: “Heckler&Hock” HK417 – Almaniyada dizayn edilməsinə və bütün dünyadakı polis qüvvələri, silahlılar tərəfindən istifadə edilməsinə baxmayaraq, ABŞ ordusu HK417-ni qarşıdakı illərdə əsas snayper tüfənginə çevirməyi planlaşdırır. O, bir dəqiqədə 600 mərmi ata bilir.

6. Snyaper tüfəngi – Rusiya: SV-98 – Rusiyanın Çeçenistandakı əməliyyatları ilə ad qazandı və Suriyadakı davam edən hücumlarda qoşunlara dəstək vermək üçün istifadə edildi.

7. PUA-lar – ABŞ: MQ-1C “Gray Eagle” – ABŞ ordusu aktiv döyüşlərdə dronları istifadə etməyi sürətli şəkildə mənimsədi. Daha öncə Sky Warrior” (Səma Döyüşçüsü) kimi tanınan MQ-1C 2009-cu ildən etibarən uçuşlar həyata keçirir.

8. PUA-lar - Rusiya: "Orlan-10" - PUA-nın konstrultorları qurğunu ən müasir radioelektron mübarizə vasitələri ilə təchiz ediblər. “Orlan”lar naqilsiz şəbəkədə maneələr yarada, həmçinin mobil şəbəkə söndürücülərinin ötücülərini quraşdıra bilirlər. Qurğu özünün və digər məlumat ötürülməsi vasitələrini fərqləndirməklə 3G və 4G şəbəkələrlə işləyir.

9. Hücum qırıcısı – ABŞ: A-10 Thunderbolt II 1977-ci ildən etibarən ABŞ HHQ-nin inventarındadır. Üstündən 40 il keçməsinə baxmayaraq o, hələ də güclüdür və ABŞ ordusu bunu yarım əsrə çatdırmağı planlaşdırır.

10. Hücum qırıcısı – Rusiya: Su-34 cüt oturacaqlı, hər cür hava şəraitinə uyğundur və Rusiya HHQ tərəfindən 2014-cu ildən etibarən istifadə edilir. İlk illərindəcə təsirli performans göstərməsindən sonra bir neçə başqa ölkə də Su-34-ləri öz hava qüvvələrinə cəlb etməyə meyil göstərir.

11. Bombardmançı qırıcı – ABŞ: B-2 “Spirit” – Dünyanın ən məşhur təyyarələrindən biri olan “Spirit” həm də “gizli bombardmançı” kimi də tanınır. O, yanacaq çənini tam doldurmaqla bir dəfəyə 6900 mil uça bilir.

12. Bombardmançı qırıcı – Rusiya: “Tupolev” Tu-160 – ölkəsində “Bəyaz Qu quşu” kimi tanınan bu Sovet dövründən qalma təyyarədən Rusiya HHQ-nin inventarında ən azı 16 ədəd var. O, nüvə raketləri daşıya və ata bilir.

13. Ballistik raket sualtısı – ABŞ: Ohayo sinifli sualtı – Hazırda ABŞ donanmasında 18 Ohayo sinifli sualtı var. ABŞ-da tikilən bu ən böyük sualtıların hər biri 24 ədəd “Trident” raketi daşımağa qadirdir.

14. Ballistik raket sualtısı – Rusiya: “Borey” sinifli sualtı – “Severodvinskidəki “Sevmaş” gəmiqayırma tərsanəsində tikilən bu sualtılar limitsiz mənzilə sahibdir və 107 personal daşıya bilər. Ən məşhur Borey sinifli sualtı isə K-535 “Yuri Dolqoruki”dir.

15. Haubitsa – ABŞ: M109 – özüyeriyən haubitsalar 1960-cı ildən etibarən demək olar ki, ABŞ-ın bütün hərbi müdaxilələrində müşahidə olunub. O, ilk dəfə Vyetnamda istifadə olunub. Avropa ordusuna uyğun olmasa da, ABŞ M109-ları əvəzləməyi planlaşdırmır.

16. Haubitsa – Rusiya: 2S1 “Qvozdika” – Sovet dövrü haubitsası olan Qvozdika ilk dəfə Sovet-Əfqanıstan müharibəsində istifadə edilib. O, tam amfibikdir və qarda, bataqlıq şəraitində də əməliyyat apara bilər. Qvozdika Hindistan, Kuba, Finlandiya kimi daha bir neçə ölkənin ordusu tərəfindən istifadə edilir.

17. Hücum helikopteri – ABŞ: AH-64 “Apache – Bütün dövrlərin ən məşhur helikopterlərindən biri olan “Apache” bir çox dövlətin əsas hücum helikopteridir.

18. Hücum helikopteri – Rusiya: Mi-24 – Zirehli döyüş helikopteri ilə əsgər transport helikopterinin kombinasiyasını təşkil edən Mi-24 Rusiya hərbi texnikası üçün unikal olaraq istehsal edilib. O, adətən “Uçan tank” da adlandırılır.

19. Hücum gəmisi – ABŞ: “Rafael Peralta” – İkinci İraq müharibəsi dövründə xidməti yoldaşlarını qoruyarkən həlak olan dəniz piyadasının şərəfinə adlandırılan “USS Rafael Peralta 2017-ci ildə istifadəyə verilib. O, San Diyeqo dəniz bazasında yerləşdiriləcək. Gəmi əsasən təyyarə əleyhinə əməliyyatlarda istifadə ediləcək.

20. Hücum gəmiləri – Rusiya: “Admiral Panteleyev” – Sovet dövrünün Udaloy sinifli hücum gəmilərindən biri olan bu gəmi çox geniş sualtı əleyhinə gəmidir və bir neçə dəfə Somali dəniz quldurlarına qarşı əməliyyatlarda istifadə edilib.

21. Aktiv personal – ABŞ: 1373650 – ABŞ qoşunlarının böyük bir hissəsi ölkə xaricində xidmət göstərir. Onlardan 103 mini Əfqanıstanda, 52 mini Almaniyada, 36 mini isə Yaponiyadadır. ABŞ ordusunun bir əsgəri isə Surinamdadır.

22. Aktiv personal – Rusiya: 798 527 – 18-27 yaş arası gənclər üçün məcburi hərbi xidmət Rusiyada qalmaqdadır. Hazırkı Rusiya ordusunun 30%-ni belə əsgərlər təşkil edir.

23. Müdafiə büdcəsi – ABŞ: 587 milyard 800 milyon – Dünyanın bütöv hərbi xərclərinin 40%-i ABŞ-ın payına düşür. O, tonnajına görə ən böyük donanmaya və hava qüvvəsinə sahibdir.

24. Müdafiə büdcəsi – Rusiya: 44 milyard 600 milyon – SSRİ-nin dağılmasından sonra hərbi xərcləmələrdə kəskin azalma baş verdi. Rusiyanın 20 ildir ki, hərbi xərclərini artırmasına baxmayaraq, o hələ də Sovet İttifaqının 1988-ci ildə xərclədiyinin dörddə birini xərcləyir.

25. Müdafiə Naziri – ABŞ: Ceyms Mettis 2017-ci ildən etibarən ABŞ-ın 26-cı Müdafiə naziridir. O, tez-tez Rusiya ilə təklif edilən hərbi əməkdaşlığa qarşı sərt mövqe sərgiləyir və ABŞ-ın İsrail, Cənubi Koreya ilə uzunömürlü güclü əlaqələrindən danışır.

26. Müdafiə Naziri – Rusiya: Sergey Şoyqu 2012-ci ildə vəzifəyə təyin olunub. Vladimir Putinin əsas tərəfdarlarından olmadığına görə, təyinatı bir çoxlarını təəccübləndirmişdi. Lakin, o, illik paradlar, baraklarda milli himnin çalınması kimi Sovet dövrünün ənənələrini geri gətirərək populyar fiqur kimi özünü sübut edib.

27. Pulemyot – ABŞ: M240 ABŞ ordusunun bütün hissələrinə standartdır. O, həm də ABŞ HHQ-nin pulemyot seçimidir. Bir dəqiqəyə 950 mərmi ata bilir. 1,1 kilometr mənzilə sahibdir.

28. Pulemyot – Rusiya: Kord-12,7 mm – 1998-ci ildə xidmətə daxil olan Kord bir öncəki ağır pulemyotların olduqca təkmilləşdirilmiş versiyasıdır. O, həm daha yüngüldür, həm də daha az geri təpir.

29. QABR – ABŞ: UGM – 133 Trident II – Sualtıdan atılan ballistik raket olan UGM-133 18030 mil/saat sürətlə uça və 20 mil məsafəni dəqiq vura bilir. 1990-cı ildə xidmətə daxil edildikdən bu yana ABŞ-ın nüvə üçlüsü strategiyasının əsasını təşkil edir.

30. QABR – Rusiya: R-36M – NATO tərəfindən SS-18 “Satana” kimi tanınan R-36-lar Rusiyada ənənəvi olaraq qalmaqdadır. O, rəqib Ukrayna tərəfindən dizayn edilib və hazırlanıb. Məlumatlara görə, ölkə onu RS-28 “Sarmat”la əvəzləmək niyyətindədir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   ABŞ   Hərbi-güc  

Xəbər lenti

Hərbi güc: Rusiyanın hərbi gücü ABŞ-la müqayisədə necə görünür? - FOTOLAR

2018/02/28_13668089490.jpg
Oxunub: 16922     10:40     15 Fevral 2018    