IISS: Çinin hərbi gücü qloballaşır

2018/02/34534534_1518676065.jpg
Oxunub: 192     10:25     15 Fevral 2018    
Çinin hərbi nailiyyətləri qloballaşaraq, rəqiblərini geridə qoymaqdadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bildirib.

Britaniya mərkəzli IISS ənənəvi olaraq, qlobal hərbi imkanlar və müdafiə iqtisadiyyatı haqda illik hesabatını dərc edib. “Hərbi Balans” (“The Military Balance”) başlıqlı hesabat hökumət liderlərinə hərbi imkanlar məsələsindəki müasir xərcləmə meyilləri ilə bağlı əsaslı analiz təmin edir.

Bu ilki hesabat Pekinin müdafiə satınalmasının böyük sürətlə yüksəldiyini detalları ilə ortaya qoyub. Hesabat ABŞ-da bir çoxlarının təəccübünə səbəb olub. Hesabat bir şeyi qəti olaraq göstərir: Amerikanınkı məhdud qaldığı halda, Pekinin nailiyyətləri qlobaldır.

Pekinin avionik və dəniz qabiliyyətində inkişafı sıx rəqabətdə olduğu bütün qərb dövlətlərini geridə qoyub. Bu, ultra-uzaq mənzilli konvensiyonal raketlərdən, beşinci nəsil qırıcılara qədər hər sahədə özünü göstərir.

Çinə qarşı uğurlu olmaq üçün isə Amerika Çinin cənubdakı çörək ağacı olan Mekonq hövzəsində və tarix boyunca Xan sülaləsinin hökmranlığına düşmən ərazilərdə yeni müttəfiqlər tapmalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Hərbi-güc  

Xəbər lenti

IISS: Çinin hərbi gücü qloballaşır

2018/02/34534534_1518676065.jpg
Oxunub: 193     10:25     15 Fevral 2018    